IQNA

"Süleymanın Mülkü-2" filmi çəkiləcək

8:28 - March 18, 2013
Xəbər sayı: 2512600
İncəsənət qrupu: Şəhriyar Bəhrani xəbər verdi: Bu gün (17 mart 2013) "Süleymanın mülkü" filminin ikinci hissəsini çəkməyə Monitorinq və qiymətləndirmə şöbəsindən icazə alındı.
İQNA: Şəhriyar Bəhrani – kinorejissor, İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) ilə müsahibəsində mart ayının 17-də "Süleymanın mülkü" filminin ikinci hissəsini çəkməyə Monitorinq və qiymətləndirmə şöbəsindən icazə alındığına işarə edərək dedi: Bu iş novruz bayramı tətillərindən sonra – (1392-ci Şəmsi (günəş) ilin başlanğıcında) rəsmi şəkildə ilkin çəkiliş mərhələsinə başlayacaqdır.
Bəhrani əlavə etdi: Bu film də əvvəlki hissədə olduğu kimi Həzrət Süleymanın (ə) yaşayış və peyğəmbərliyinə aiddir və Müctəba Fəravurdə tərəfindən ssenarisi yazılmışdır.
Şəhriyar Bəhrani dedi: Bu filmin birinci hissəsi müxtəlif dillərə dublaj olmuş və çoxlu tərəfdarlar qazanmışdır. Bu kino dinlərin yaxınlaşdırılmasında əhəmiyyətli rol oynaya bilər.
1205661
captcha